"Tottenhem"dən baş məşqçisi ilə bağlı QƏRAR
İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem"də baş məşqçi dəyişikliyi gözlənilir.
90plus.az xəbər verir ki, London klubunun baş məşqçisi İqor Tudor ilə yolların ayrıldığı iddia olunur. Mövsümün gedişində Tomas Frankdən sonra komandaya gətirilən xorvatiyalı mütəxəssis gözləntiləri doğrulda bilməyib.
"Tottenhem" İqor Tudorun rəhbərliyi altında Çempionlar Liqasından kənarda qalıb, Premyer Liqada isə keçirdiyi 5 oyunda 4 məğlubiyyət və 1 heç-heçə ilə zəif nəticə göstərib.
Bundan əlavə, "Nottingem Forest"lə oyundan sonra atasının vəfatı xəbərini alan Tudor mətbuat konfransına qatılmayıb və köməkçisini göndərib.
İngiltərə mətbuatının yaydığı məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında ayrılmaq qərarına gəlib. Klub tərəfindən rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved