"Tottenhem"dən sürpriz transfer - Simons London klubunda

İngiltərənin “Tottenhem” klubu heyətinə yeni futbolçu cəlb edib.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Leypziq” klubundan Xavi Simonsu transfer edib. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
“Tottenhem” 22 yaşlı niderlandlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 60 milyon avro ödəyəcək. Simonsla 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd: Niderland milli komandasının üzvü olan Xavi Simons ötən mövsüm “Leypziq”in heyətində 34 rəsmi oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.
© Copyright 2025, All Rights Reserved