“Tottenhem”in baş məşqçisi: “Uğursuz seriya bizi güclü edir”
İqor Tüdor: “Qələbəsiz seriya bizi daha da gücləndirir”.
90plus.az xəbər verir ki, “Kristal Pelas”a qarşı ev oyununda 1:3 hesabı ilə məğlub olan “Tottenhem”in baş məşqçisi İqor Tüdor azarkeşlərin reaksiyasını anlayışla qarşılayıb:
“Azarkeşləri başa düşürəm, onlar bizdən daha yaxşı oyun gözləyirdilər. Biz də eyni şeyi istəyirik. Oyunda Van de Venə verilən qırmızı vərəqə hər şeyi dəyişdirdi. Qəribə səslənə bilər, amma bu oyundan sonra Premier Liqada qalacağımıza daha çox inanıram”, – Tüdor bildirib.
Qeyd: “Tottenhem” 1975-ci ilin oktyabrından bəri ilk dəfə ardıcıl 11 matçdır qələbə qazana bilmir. Bu nəticə ilə İqor Tüdor klub tarixində mövsümün başlanğıcında ən pis performans göstərən baş məşqçi olub.
© Copyright 2026, All Rights Reserved