"Tottenhem"in futbolçusu "Ayntaxt"la oyunu buraxacaq
“Tottenhem”in müdafiəçisi Pedro Porro bud əzələsindən aldığı zədə səbəbindən təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 23-cü turunda “Bernli” ilə 2:2 hesablı qarşılaşma zamanı zədələnib. Bu səbəbdən o, UEFA Çempionlar Liqasının 8-ci turunda “Ayntraxt”la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd: Pedro Porro cari mövsümdə bütün turnirlər üzrə 34 matçda meydana çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved