"Tottenhem"in futbolçusu Madrid klubuna keçə bilər
"Tottenhem"in oyunçusu Məhəmməd Kudus karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Atletiko" qanalı vingerin transferini reallaşdırmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Madrid klubu Kudusla 4,5 illik müqavilə şərtlərini razılaşdırıb. "Atletiko" 25 yaşlı futbolçunun hazırkı klubu ilə razılığa gəlsə, transfer yay aylarında baş tutacaq.
"Tottenhem" Məhəmməd Kudusu 2025-ci ilin iyul ayında "Vest Hem"dən 63 milyon avroya transfer etmişdi. Qana millisinin üzvü London təmsilçisinin heyətində 26 rəsmi oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved