"Tottenhem"in futbolçusu okeanın o tayına gedir

MLS təmsilçisi “Orlando Siti” İngiltərənin “Tottenhem” klubunda çıxış edən braziliyalı hücumçu Riçarlisonu heyətinə qatmaq istəyir.
90plus.az xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun məlumatına görə, ABŞ klubu futbolçuya 2026-cı ilin yayına qədər planlaşdırılan uzunmüddətli layihəsini təqdim edib.
Riçarlison bu təklifi müsbət qarşılayarsa, tərəflər arasında rəsmi danışıqların başlayacağı gözlənilir.
Mənbə: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved