“Tottenhem”in hücumçusu İsraildən qayıda bilmir
“Tottenhem”in futbolçusu Manor Solomon İsraildən çıxa bilmir — səbəb müharibədir.
90plus.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun futbolçusu Manor Solomon ötən həftə öz toy mərasimi üçün İsrailə səfər edib. Lakin İranla İsrail arasında artan gərginlik və hərbi toqquşmalar səbəbindən ölkənin hava məkanı iyunun 13-dən etibarən bağlanıb.
Bu səbəbdən bir çox beynəlxalq uçuşlar, o cümlədən Solomona aid reys də təxirə salınıb. Klub hələlik 24 yaşlı hücumçunun durumunu izləyir və geri dönüş üçün alternativ yollar axtarılır.
Qeyd: Manor Solomon 2023-cü ildən “Tottenhem”in futbolçusudur. O, 2024/25 mövsümündə icarə əsasında “Lids” klubunda çıxış edib.
© Copyright 2026, All Rights Reserved