"Tottenhem"in yeni başqçisi hamını ŞOK ETDİ
2025-2026 mövsümünə “Yuventus”da başlayan xorvat mütəxəssis İqor Tudor qısa müddət sonra vəzifəsindən uzaqlaşdırılıb. Təcrübəli baş məşqçinin yeni ünvanı isə futbol ictimaiyyəti üçün gözlənilməz olub.
90plus.az xəbər verir ki, mövsümün əvvəlində "Yuventus" ilə yola çıxan İqor Tudor 11 oyunda cəmi 3 qələbə qazana bildiyi üçün klub rəhbərliyi tərəfindən istefaya göndərilib. Komanda gözlənilən nəticələri vermədiyindən rəhbərlik dəyişiklik qərarı verib.
Buna baxmayaraq, xorvat çalışdırıcının karyerası fasilə verməyib. "Tottenhem" İngiltərə Premyer Liqasında turnir cədvəlində təhlükəli zonaya yaxınlaşdıqdan sonra baş məşqçi Tomas Frenk ilə yollarını ayırıb.
BBC-nin yaydığı məlumata görə, London təmsilçisi İqor Tudorla razılığa gəlib. Xorvat mütəxəssis mövsümün sonuna qədər “Tottenhem”i çalışdıracaq.
Qeyd: İqor Tudor məşqçilik fəaliyyətinə “Hayduk Split”də başlayıb. O, karyerası ərzində PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona”, “Marsel” və son olaraq “Yuventus” klublarında çalışıb.
© Copyright 2026, All Rights Reserved