Tottinin 19 yaşlı oğlu futbolu buraxdı

Françesko Tottinin oğlu Kristian futbolu 19 yaşında buraxdı.
90plus.az xəbər verir ki, İtaliya futbolunun əfsanəsi Françesko Tottinin oğlu Kristian Totti cəmi 19 yaşında futbolçu karyerasını başa vurub. Bu barədə məlumatı “La Repubblica” yayıb.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Kristian gənclər səviyyəsində “Roma”, “Frosinone” və “Rayo Valyekano”nun aşağı yaş qruplarında oynayıb. Son olaraq isə İtaliyanın aşağı liqa klublarından olan “Avezzano” və “Olbia”nın formasını geyinib.
Kristian Totti bundan sonra atasının futbola yönəlik fəaliyyət göstərən şirkətində çalışacaq.
Qeyd: Françesko Totti son illərdə menecerlik və futbolçuların təmsilçiliyi sahəsində biznes fəaliyyətini genişləndirməkdədir.
Kristianın bu qərarı futbol ictimaiyyətində təəccüb doğursa da, o, yolunu fərqli sahədə davam etdirmək niyyətindədir.
© Copyright 2025, All Rights Reserved