"Trabzonspor" derbiyə itkilərlə çıxır
"Trabzonspor" Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.
90plus.az xəbər verir ki, ev sahibləri qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın üç əsas futbolçusu bu oyunda iştirak edə bilməyəcək.
Müdafiəçi Arseniy Bataqov və yarımmüdafiəçi Ernest Muçi zədə səbəbindən kənarda qalıb. Digər yarımmüdafiəçi Krist İnao Ulai isə cəzalı olduğu üçün meydanda olmayacaq.
Qeyd: "Trabzonspor" – "Qalatasaray" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Sarı-qırmızılar” 26 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir. 27 matçdan sonra 60 xalı olan meydan sahibləri isə 3-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved