“Trabzonspor”un prezidenti: “Onananı 1 il də saxlamaq istəyirik”
“Trabzonspor”un prezidenti Ertuğrul Doğan Andre Onana ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, klub rəhbəri bildirib ki, "Mançester Yunayted"dən icarəyə götürülən kamerunlu qapıçının müqaviləsini daha bir mövsüm uzatmaq istəyirlər.
Onananın hazırkı icarə müddəti cümə günü “Trabzonspor”un Türkiyə Kubokunun finalında "Konyaspor" ilə keçirəcəyi oyundan sonra başa çatacaq.
Qapıçı bu mövsüm liqada 29 oyunda meydana çıxaraq komandasının üçüncü yeri tutmasına və Avropa kuboklarına vəsiqə qazanmasına kömək edib.
Doğan bunları deyib:
“Onananı daha bir il icarədə saxlamaq istəyirik. Baş məşqçimizin də fikri müsbətdir. O, arxasındakı gənc oyunçuların inkişafına çox yaxşı dəstək verən futbolçudur.
Niyyətimiz bu istiqamətdədir və müəyyən xərcləri də qarşılamağa hazırıq.”
© Copyright 2026, All Rights Reserved