“Traktor Təbriz” lider oldu
“Traktor Təbriz" minimal hesabla qalib gəldi, liderliyə yüksəldi.
90plus.az xəbər verir ki, İran çempionatında 2024/25 mövsümünün növbəti turu çərçivəsində Təbriz təmsilçisi “Traktor” doğma azarkeşləri önündə “Qol-Qohar”ı 1:0 hesabı ilə məğlub edib.
Görüşün taleyini 40-cı dəqiqədə vurulan qol həll edib. Hashemnejadın fərqləndiyi epizodda baş hakim əvvəlcə oyundan kənar vəziyyət qeydə alaraq qolu ləğv etsə də, VAR sisteminin müdaxiləsindən sonra qərarını dəyişib və qol qüvvədə saxlanılıb:
Traktor Təbriz 1 - 0 Qol Gohar
Hashemnejad 40’
Bu qələbə “Traktor” üçün xüsusi əhəmiyyət daşıyıb. Belə ki, sözügedən nəticə Məhəmməd Rəbiinin rəhbərliyi altında komandanın çempionatda ilk qələbəsi olub. Təbriz klubu xallarının sayını 39-a çatdıraraq müvəqqəti olaraq turnir cədvəlinin zirvəsinə yüksəlib.
“Qol-Qohar” isə 36 xalla 4-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved