Trossardın gedişi Ebereçiyə yol açacaq

“Arsenal”da Leandro Trossardın gələcəyi getdikcə daha da qeyri-müəyyənləşir.
90plus.az xəbər verir ki, belçikalı vingerə həm “Borussiya Dortmund”, həm də Premyer Liqanın bir neçə klubu ciddi maraq göstərir.
30 yaşlı futbolçunun “Emireyts”lə müqaviləsinin başa çatmasına iki il qalsa da, London klubu bu yay onu satmağa açıqdır. Səbəb isə hücum xəttini yenidən qurmaq planlarıdır.
The Times nəşrinin məlumatına görə, Trossardın gedişi həm yeni sol cinah oyunçusunun transferinə, həm də “Kristal Pelas”ın ulduzu Ebereçi Ezenin mümkün keçidinə maliyyə baxımından yol aça bilər.
Eze hazırda Mikel Artetanın əsas hədəflərindən biri sayılır.
© Copyright 2025, All Rights Reserved