Tudor: “Dörd qol buraxmışıqsa, deməli, nəsə səhv gedib”

Çempionlar Liqasının ilk turunda “Yuventus” evdə “Borussiya” ilə 4:4 hesablı heç-heçə edib.
90plus.az xəbər verir ki, Turin klubunun baş məşqçisi İqor Tudor qarşılaşmadan sonra açıqlama verib. O, komandasının müdafiədəki səhvləri üzərində işləməli olduğunu bildirib:
“İkinci hissədə səkkiz qolun vurulduğu matçı necə şərh edə bilərəm? Zarafat bir yana, izah etmək çətindir. Bu futboldur, hakimin son fitinə qədər heç nə bitmir. Biz çox şeyi təhlil etməliyik. Dörd qol buraxmışıqsa, mütləq nəsə səhv gedib. Bəzi problemlər üzə çıxdı. Daha çox çalışacağıq. Güclü rəqibə qarşı oynadıq və nəticədə bir xal qazandıq”.
Qeyd: Oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb, ikinci hissədə isə 8 qol vurulub və matç 4:4 hesabı ilə yekunlaşıb.
© Copyright 2025, All Rights Reserved