"Turan" Bakıdan 3 xalla dönür
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir görüşü baş tutub.
90plus.az xəbər verir ki, günün ikinci oyunu "Neftçi PFK" və "Turan Tovuz" arasında keçirilib. “Palms Sports Arena”dakı qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qələbə qazanıblar. Yeganə qol 56-cı dəqiqədə Joarlem Santos tərəfindən vurulub.
Matçda vurulan qolun videosuna bu cümləyə klik edərək keçid edin
Bu qələbə ilə "Turan Tovuz" xallarını 44-ə çatdıraraq cədvəldə 3-cü pilləyə yüksəlib. Bakı təmsilçisi "Neftçi PFK" isə 31 xalla 7-ci sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved