"Turan" evdə minimal hesablı qələbə qazandı
Tovuz təmsilçisi Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 19-cu turu çərçivəsində keçirilən oyunda “Turan” doğma meydanda “Karvan”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 15-ci dəqiqədə penaltidən Aleks Serrano vurub. Bu qələbə ilə Tovuz klubu aktivinə daha 3 xal yazdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
MATÇDA VURULAN QOLUN VİDEOSUNA BAXMAQ ÜÇÜN BU CÜMLƏYƏ KLİK EDİN
Qeyd: Mövsüm ərzində “Turan” yalnız “Qarabağ” və “Sabah”a məğlub olub, avqust ayında isə cəmi 1 dəfə “Araz Naxçıvan”a uduzub. Digər qarşılaşmalarda komanda ya heç-heçə edib, ya da qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved