"Turan" səfərdə "İmişli" ilə bacarmadı
Azərbaycan Premyer Liqasının XXVI turunda "Turan Tovuz" səfərdə "İmişli"nin qonağı olub.
90plus.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı 45-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Dioqo Kardozu açıb. "Turan Tovuz"a 1 xal qazandıran qolu isə 53-cü dəqiqədə Mark Rene Mampassi vurub.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Turan Tovuz" xallarını 49-a çatdıraraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "İmişli" isə 23 xalla 9-cu sıradadır.
Qeyd: Turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"i 2:0, "Neftçi" "Sumqayıt"ı 3:1, "Qarabağ" isə "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub edib.
© Copyright 2026, All Rights Reserved