“Turan”dan minimal hesablı qələbə
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Azərsun Arena”da keçirilən qarşılaşmada Tovuzun “Turan” klubu “Kəpəz” üzərində minimal hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Oyunda hesab 57-ci dəqiqədə açılıb. “Turan”ın hücumçusu Hayderson Hurtado dəqiq zərbə ilə fərqlənərək komandasına vacib qələbə qazandırıb. Matçın 36-cı dəqiqəsində Xorxe Silva topu qapıdan keçirsə də, hakim qolu qeydə almayıb.
Qarşılaşma gərgin epizodlarla yadda qalıb. “Turan”un baş məşqçisi Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və diskvalifikasiya olunub. Təcrübəli mütəxəssis cavab oyununda komandasına texniki zonadan rəhbərlik edə bilməyəcək.
Oyunda baş verən maraqlı anlara keçid etmək üçün bu cümləyə klik edin
Qeyd: Cavab qarşılaşması martın 3-də keçiriləcək və Berdıyev oyunu tribunadan izləməli olacaq.
© Copyright 2026, All Rights Reserved