Türk futbolçu Ronaldonun seriyasına son qoydu
Merih Demiral lideri yıxdı: “Al Ahli” “Al-Nassr”ı məğlub etdi.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının 13-cü turunda milli futbolçu Merih Demiralın formasını geyindiyi “Al Ahli” lider “Al-Nassr”ı 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın qalibiyyət qolunu məhz Merih Demiral vurub və bununla da “Al-Nassr” bu mövsüm liqada ilk məğlubiyyətini alıb.
Kral Abdullah Şəhər Stadionunda keçirilən oyunda ev sahibi komandanın qollarını 7 və 20-ci dəqiqələrdə İvan Toney, 55-ci dəqiqədə isə Merih Demiral qeydə alıb. “Al-Nassr” heyətində Əl Amri 31 və 44-cü dəqiqələrdə fərqlənib.
Bu nəticədən sonra lider “Al-Nassr” mövsümdə ilk dəfə uduzub və 31 xalla kifayətlənib. “Al-Ahli" isə 7-ci qələbəsini qazanaraq xal ehtiyatını 25-ə yüksəldib.
© Copyright 2026, All Rights Reserved