Türk medalçı və İlon Maskın söhbəti

Paris-2024 Yay Olimpiadasında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç İlon Maskla yazışmasına görə gündəmi "fəth edib".
90plus.az xəbər verir ki, Dikeç "X" hesabında iş adamı İlon Maskı İstanbula dəvət edib və Mask buna cavab verib.
Yusuf Dikeç: "Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?"
İlon Mask: "Robotlar hər zaman hədəfi tam ortasından vuracaqlar. İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın ən böyük şəhərlərindən biridir".
FOTO
© Copyright 2025, All Rights Reserved