Türkiyə klubundan “Al gülüm, ver gülüm”
“Gənclərbirliyi” baş məşqçi dəyişikliyinə gedib – Volkan Demirel qayıtdı.
90plus.az xəbər verir ki, Türkiyə Superliqa təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Levent Şahin ilə yollarını ayırıb. Maraqlıdır ki, Şahin fevralın 16-da kluba rəhbər təyin olunmuşdu və işi cəmi 18 gün davam edib.
Bu müddət ərzində komanda Superliqada iki oyun keçirib: 1 məğlubiyyət, 1 heç-heçə. Ötən gecə isə “Gənclərbirliyi” aşağı liqa təmsilçisi "Aliağa”nı 3:1 hesabı ilə məğlub edərək Türkiyə kubokunda pley-off mərhələsinə yüksəlib.
Qeyd: Levent Şahin bu mövsüm “Gənclərbirliyi”nin yollarını ayırdığı dördüncü baş məşqçi olub.
Yeni baş məşqçi Volkan Demireldir. O, ötən ilin oktyabrında da “Gənclərbirliyi”ni çalışdırmış, lakin 2 ay sonra istefa vermişdi. Bu dəfə Demirel Levent Şahini əvəz edəcək.
Hazırda “Gənclərbirliyi” Superliqada 24 xalla 13-cü sıradadır.
© Copyright 2026, All Rights Reserved