Türkiyə klubunun qapıçısı Portuqaliya millisinə çağırıldı
Portuqaliya millisində ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, komandanın əsas qapıçısı Dioqo Kosta zədəsi səbəbindən heyətdən çıxarılıb. "Portu" klubunun yaydığı məlumata görə, qolkiper "Braqa" səfərində qazanılan 2:1 hesablı qələbədən sonra əzələsində problem yaşayıb və müalicəyə cəlb olunub.
Onun əvəzinə heyətə "Gənclərbirliyi" klubunun qapıçısı Rikardo Velho dəvət olunub və artıq millinin məşqlərinə qoşulub.
Dioqo Kostanın yoxluğu baş məşqçi Roberto Martinezin komandasında Rodriqo Mora və Rafael Leaodan sonra daha bir itki kimi qiymətləndirilir.
Portuqaliya millisi dünya çempionatına hazırlıq çərçivəsində Meksika və Amerika Birləşmiş Ştatlarına qarşı keçiriləcək yoldaşlıq oyunları üçün məşqlərə artıq başlayıb.
© Copyright 2026, All Rights Reserved