Türkiyə millisindən Bolqarıstana tarixi fərq: 6–1!

Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində E qrupunun 3-cü turunda Azərbaycan millisinin də rəqibləri arasında yer alan Türkiyə millisi səfərdə Bolqarıstan üzərində böyükhesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, Vasil Levski stadionunda keçirilən qarşılaşma qonaqların 6:1 hesablı üstünlüyü ilə başa çatıb.
Oyunda hesabı Arda Gülerin qolu ilə Türkiyə millisi açıb. Bolqarıstan isə Kirilovun qolu ilə cavab verərək fasiləyə 1:1 bərabərliklə gedib.
İkinci hissədə isə türklər tam üstünlük nümayiş etdirib. Əvvəlcə Popov avtoqol ilə Türkiyəni önə çıxarıb. Ardınca Kenan Yıldız iki dəfə fərqlənib. Zəki Çelik və İrfan Can Kahvecinin qolları ilə hesab 6:1-ə çatıb.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/109004
https://t.me/doxsanplus/109005
https://t.me/doxsanplus/109008
https://t.me/doxsanplus/109014
Bu nəticədən sonra Türkiyə millisi 3 oyunda 2 qələbə ilə xallarını 6-ya yüksəldib. Bolqarıstan isə 3 turdan sonra hələ də xalsızdır.
Türkiyə növbəti oyununu 14 oktyabrda Gürcüstanla evdə keçirəcək. Bolqarıstan isə səfərdə İspaniyanın qonağı olacaq.
Bu qələbə Türkiyə millisinin Bolqarıstana qarşı tarixdə qazandığı ən fərqli nəticə olaraq qeydə alınıb.
© Copyright 2025, All Rights Reserved