Türkiyə millisindən çıxarıldılar
DÇ-2026-nın seçmə mərhələsinin Rumıniya ilə pley-off matçından öncə Türkiyə millisinin heyətində dəyişiklik edilib.
90plus.az xəbər verir ki, 6 futbolçu heyətdən kənarlaşdırılıb. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
Muhammed Şengezer, Ahmetcan Kaplan, Merih Demiral, Zeki Çelik, Mustafa Eskihellaç ve Semih Kılıçsoyın adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd: Türkiyə - Rumıniya qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cütün qalibi finalda Slovakiya - Kosovo görüşündə üstün olan tərəflə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved