Türkiyə oyunundan sonra xəstəxanaya yerləşdirildi
Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanaya yerləşdirilib.
90plus.az “A Bola”ya istinadən xəbər verir ki, hadisə onun komandanın düşərgəsində olduğu vaxt baş verib. 80 yaşlı mütəxəssis huşunu itirdikdən sonra dərhal hospitala aparılıb.
Rumıniya Futbol Federasiyası (FRF) rəsmi açıqlamasında bildirib ki, baş məşqçi Slovakiya ilə oyun öncəsi keçirilən son məşqin texniki iclası zamanı özünü pis hiss edib və dərhal tibbi personal tərəfindən ilkin yardım göstərilib.
Məlumatda qeyd olunur ki, hadisə yerinə təcili yardım briqadası da cəlb olunub və Luçeskunun vəziyyəti qısa müddətdə stabilləşdirilib. Hazırda onun durumu sabit qiymətləndirilir. Buna baxmayaraq, ehtimal olunan riskləri aradan qaldırmaq üçün mütəxəssis paytaxtdakı xəstəxanaya aparılıb və həkim nəzarətində saxlanılır.
Qeyd: Rumıniya Dünya Çempionatının pley-offunda Türkiyə millisinə 1-0 uduzdu.
© Copyright 2026, All Rights Reserved