Türkiyə Prezidenti qumar qalmaqalı haqqında danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə futbolunda 152 hakimin mərc oyunlarına pul qoyması iddiası ilə bağlı aparılan istintaqla əlaqədar açıqlama verib.
90plus.az xəbər verir ki, məlumat Türkiyə mediasına istinadən yayımlanıb.
Almaniya kansleri Fridrix Merslə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan məsələyə toxunaraq bildirib:
“Son vaxtlar hakimlərlə bağlı bir problem ortaya çıxıb. Futbol meydanlarında belə hallar baş verərkən dövlət buna passiv qalmamalıdır. Lazım olan addımlar atılmalıdır və artıq atılıb. Tribunadakı azarkeşlər də bu hadisələri görüb reaksiya verirlər, ‘Nələr baş verir, görəsən’ deyə danışırlar”, – deyə o qeyd edib.
© Copyright 2026, All Rights Reserved