“Anadolu Efes” İsrail klubuna uduzdu

Basketbol üzrə Avroliqanın 2-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Anadolu Efes" ilə İsrail təmsilçisi "Hapoel Tel-Əviv" üz-üzə gəlib.
90plus.az xəbər verir ki, təhlükəsizlik tədbirləri səbəbindən Monteneqroda baş tutan oyunda qalib gələn tərəf 87-81 hesabı ilə "Hapoel Tel-Əviv" olub.
İlk iki periodda üstünlük əldə edən "Anadolu Efes" fasiləyə 46-35 öndə getsə də, ikinci hissədə oyunun gedişi dəyişib və "Hapoel Tel-Əviv" üstünlüyü ələ alaraq matçı qələbə ilə tamamlayıb.
1-ci period: "Anadolu Efes" 22 – 20 "Hapoel Tel-Əviv"
2-ci period: "Anadolu Efes" 46 – 35 "Hapoel Tel-Əviv"
3-cü period: "Anadolu Efes" 59 – 61 "Hapoel Tel-Əviv"
Son nəticə: "Anadolu Efes" 81 – 87 "Hapoel Tel-Əviv"
Bu nəticə ilə "Anadolu Efes" turnirdə ilk məğlubiyyətini almış oldu.
© Copyright 2025, All Rights Reserved