Türkiyədə lider Konyada uduzdu
Türkiyə Super Liqasında XXIII turun daha bir oyunu keçirilib.
90plus.az xəbər verir ki, tur çərçivəsində “Konyaspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 75-ci dəqiqədə A.Demirbağın qolu ilə açılıb. 81-ci dəqiqədə isə B.Kramer fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu nəticəyə baxmayaraq, “Qalatasaray” 55 xalla turnir cədvəlinin lideri olaraq qalır. Bir oyunu az olan “Fənərbağça” isə 3 xal geridə əzəli rəqibini izləyir. Uzun müddətdir qələbə qazana bilməyən “Konyaspor” isə bu uğurdan sonra xallarının sayını 23-ə çatdıraraq 13-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved