Türkiyəli futbolçu İtaliyada ən yaxşı seçildi

90plus.az xəbər verir ki, “Yuventus” klubunun cinah oyunçusu Kenan Yıldız A Seriyasının rəsmi saytının məlumatına əsasən, avqust ayının ən yaxşı futbolçusu seçilib.
20 yaşlı türkiyəli futbolçu avqust ayında “Yuventus”un heyətində 2 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mükafata namizəd göstərilən digər futbolçular arasında “Udineze”dən Tomas Kristensen, “Napoli”dən Skott Maktominay, “Komo”dan Niko Paz, “Roma”dan Matias Soule və “İnter”dən Markus Tyuram da yer alıb.
© Copyright 2025, All Rights Reserved