Türkiyəli futbolçu Moskva klubuna keçir
ÇSKA klubu 25 yaşlı “Fənərbağça”nın vingeri Oğuz Aydının 15 iyun tarixinədək icarə əsasında transferi ilə bağlı razılıq əldə edib.
90plus.az xəbər verir ki, razılaşmanın dəyəri 650 min avro təşkil edir. Bundan əlavə, Aydın 6 oyunda meydana çıxacağı təqdirdə (hər görüşdə minimum 55 dəqiqə oynamaq şərti ilə) futbolçunun məcburi satınalma məbləği 6 milyon avro olacaq.
“Fənərbağça” futbolçunun gələcək transferindən əldə ediləcək gəlirin 20 faizinə sahib olacaq. Oğuzun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və yanvarın 13-də ÇSKA-nın heyəti ilə birlikdə Abu-Dabiyə yollanacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved