Türkiyəli futbolçu "Roma"dan ayrılır
“Roma” ilə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək Zeki Çelik gələcək karyerası ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, türkiyəli müdafiəçi A Seriyası klubundan ayrılmağa hazırlaşır. Bu barədə insayder Nikolo Skira açıqlama yayıb.
28 yaşlı sağ cinah müdafiəçisi klubun yeni müqavilə təklifinə müsbət cavab verməyib. Təcrübəli futbolçu yay transfer dönəmində azad agent kimi “Roma”dan ayrılacaq.
Qeyd: Paytaxt təmsilçisi Zeki Çeliki 2022-ci ilin yayında “Lill” klubundan 7,4 milyon avro qarşılığında transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm “Roma”nın heyətində 27 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved