Türkiyənin tarixi oyunu ingilislərə tapşırıldı
Türkiyə millisinin vacib oyununun hakimi bəlli olub.
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının Avropa zonası pley-off mərhələsinin finalında keçiriləcək Kosovo – Türkiyə qarşılaşmasını ingiltərəli referi Maykl Oliver idarə edəcək.
Görüş Kosovonun paytaxtı Priştinada yerləşən "Fadil Vokkri" stadionunda baş tutacaq və start fiti 31 mart saat 22:45-də (Bakı vaxtı) səslənəcək.
Matçda Maykl Oliverə həmyerliləri Stüart Burt və Ceyms Meynverinq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanaq yerinə yetirəcək.
© Copyright 2026, All Rights Reserved