Türkiyəyə uduzan məşqçi: "Ayrılmağı düşünmürəm"
2026 FIFA Dünya Çempionatının Avropa zonası pley-off finalında Türkiyə millisinə uduzaraq mundialdan kənarda qalan Kosova millisinin baş məşqçisi Franco Foda açıqlama verib.
90plus.az xəbər verir ki, Alman mütəxəssis komandasının çıxışı ilə fəxr etdiyini bildirib:
“Dünya Çempionatına qatıla bilmədiyimiz üçün üzülürük. Amma düşünürəm ki, bütün komanda Kosovonu ən yaxşı şəkildə təmsil etdi. Bu yolda davam edəcəyik.”
Foda qeyd edib ki, komanda mundiala vəsiqə qazanmağa çox yaxın olub:
“Biz bunu həqiqətən istəyirdik. Türkiyəyə qarşı 90 dəqiqə ərzində bu mümkün idi və komandamla fəxr edirəm".
Təcrübəli çalışdırıcı azarkeşlərə də təşəkkür edib və böyük komandalarla başabaş mübarizə apardıqlarını vurğulayıb:
“Çox gərgin və bərabər oyun keçdi. Müdafiədə bir anlıq səhv etdik. Oyunun sonunda hesabı bərabərləşdirmək üçün 2-3 real şansımız oldu, amma istifadə edə bilmədik. Futbol belə oyundur, xırda detallar hər şeyi həll edir".
Kosovalı futbolçuların mübariz ruhunu yüksək qiymətləndirən Foda onların hər zaman meydanda maksimumlarını verdiyini bildirib.
Gələcəyi ilə bağlı danışan alman mütəxəssis komandada qalmaq istədiyini də açıqlayıb:
“Kosovadan ayrılmağı düşünmürəm. Bu ölkəni və insanlarını sevirəm. Dünya Çempionatına cəmi bir oyun qalmışdı və komanda inkişaf edir.”
Foda əlavə edib ki, əsas hədəfləri 2028-ci il Avropa çempionatına vəsiqə qazanmaqdır.
© Copyright 2026, All Rights Reserved