Təxirə salınan "Qarabağ" - "Neftçi" oyunu bu vaxt keçiriləcək
Misli Premyer Liqasının 21-ci turundan ertələnmiş “Neftçi” – “Qarabağ” matçının oynanılacağı tarix və başlama saatı açıqlanıb.
90plus.az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqasının rəsmi saytı yayıb.
“Palms Sports Arena”da baş tutacaq qarşılaşma 30 aprel tarixində saat 20:00-da başlayacaq.
Qeyd: Həmin görüş “Qarabağ”ın Çempionlar Liqasındakı oyunları ilə bağlı Ağdam klubunun müraciəti əsasında daha əvvəl təxirə salınmışdı.
© Copyright 2026, All Rights Reserved