U-16 basketbol millimiz Bursadan döndü

Mayın 25-dən etibarən Türkiyənin Bursa şəhərində hazırlıqda olan 16 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının ilk mərhələsini tamamlayıb.
90plus.az xəbər verir ki, bu müddət ərzində komandamız bir neçə yerli basketbol klubu ilə yoxlama görüşləri keçirib.
Yığmanın baş məşqçisi Erhan Toker bu qarşılaşmalarda heyətdəki bütün basketbolçulara meydanda özlərini göstərmək imkanı yaradıb. Millimizin üzvləri həmçinin Türkiyə çempionatının pley-off mərhələsində keçirilən “Tofaş” – “Bahçeşehir” oyununu tribunadan canlı izləmək fürsəti də əldə ediblər.
Qeyd: Bu hazırlıq mərhələsinin əsas məqsədi 5-13 iyul tarixlərində Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının C divizionu oyunlarına yüksək səviyyədə hazırlaşmaqdır.
© Copyright 2025, All Rights Reserved