U-17 millimiz böyük fərqlə uduzdu

17 yaşlı futbolçulardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə oyununda Albaniyadan olan həmyaşıdlarına böyük fərqlə uduzub.
90plus.az xəbər verir ki, qitə birinciliyinin 2-ci seçmə mərhələsində ilk oyununu keçirən yığmamız Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda ev sahiblərinə 4:1 hesabı ilə məğlub olub.
Millimizdə yeganə qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub:
Albaniya 4 - 1 Azərbaycan
Rzayev 47'
Gjoka 7' 53' 64'
Kullan 76'
Qeyd: U-17 millimiz martın 22-də Uels yığması ilə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved