U-19 millimiz Özbəkistana uduzdu
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirib.
90plus.az xəbər verir ki, U-19 yığmamız yenidən Özbəkistanın eyni yaş kateqoriyasına aid komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik bölgəsində yerləşən eyniadlı stadionda baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Milli komandamızın yeganə qolunu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd: Bu komandalar arasında oktyabrın 9-da oynanılmış ilk görüş 0:0 hesablı heç-heçə ilə nəticələnmişdi.
© Copyright 2025, All Rights Reserved