U-19 millimiz qələbə qazandı
Azərbaycanın U-19 millisi Sloveniyada təşkil olunan “Slovenia Nations Cup” beynəlxalq yoldaşlıq turnirinə qalibiyyətlə start verib.
90plus.az xəbər verir ki, Elxan Abdullayevin komandası ilk matçda İslandiya ilə qarşılaşıb. “Preddvor” stadionunda baş tutan görüşdə yığmamız rəqibini 2:1 hesabı ilə məğlub edib.
Millimizin qollarını ikinci hissədə Ziya Şəkərxanov (46-cı dəqiqə) və Şahin İbrahimov (55-ci dəqiqə) vurublar.
Qeyd: U-19 millimiz turnirdə növbəti oyununu sentyabrın 6-da Farer adalarına qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved