U-21 millimiz Belarusa uduzdu

Azərbaycan U-21 futbol yığması Belarusla yoxlama oyununda məğlub oldu – Raul Məmmədovdan təsəlli qolu!
90plus.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Ayxan Abbasovun başçılıq etdiyi kollektiv bu gün Belarusun Baranoviçi şəhərində yerli U-21 yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin üstünlüyü ilə başa çatıb – 3:1
Qollar: https://t.me/doxsanplus/103681
Azərbaycan millisinin yeganə qoluna qarşılaşmanın 22-ci dəqiqəsində Raul Məmmədov imza atıb. Gənc futbolçunun erkən cavabına baxmayaraq, komandamız oyunun gedişində rəqibin təzyiqlərinə davam gətirə bilməyib və qapısından ardıcıl üç qol buraxaraq meydanı məğlubiyyətlə tərk edib.
Qeyd: U-21 yığmamız növbəti yoxlama oyununu iyunun 8-də keçirəcək. Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutacaq matçda rəqib Monteneqronun U-21 komandası olacaq.
© Copyright 2025, All Rights Reserved