U-21 millimiz Portuqaliya ilə oynadı
Azərbaycan U-21 millisi Portuqaliyaya böyük hesabla məğlub oldu.
90plus.az xəbər verir ki, U-21 Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi növbəti oyununu keçirib.
Rəşad Eyyubovun rəhbərlik etdiyi yığma Bakıda, 8-ci km qəsəbə stadionunda Portuqaliya ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb:
Azərbaycan 0 - 4 Portuqaliya
Q. Moreyra 51’
T. Parente 54’
Y. Çermiti 67’
J. Simoeş 76’
Bu nəticədən sonra Azərbaycan millisi B qrupunda vəziyyətini çətinləşdirib. Komandamız 5 xalla 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Portuqaliya isə xallarını 16-ya yüksəldərək qrupun lideri mövqeyini möhkəmləndirib.
Qeyd: Millimizi qarşıda daha çətin və həlledici oyunlar gözləyir.
© Copyright 2026, All Rights Reserved