U-21 millimiz sülh etdi

U-21 millimiz Bolqarıstanla heç-heçə etdi.
90plus.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində çıxış edən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün 2-ci turun oyununa çıxıb. B qrupunda yer alan yığmamız Mərdəkan qəsəbə stadionunda Bolqarıstan U-21 millisini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı 41-ci dəqiqədə Emin Rüstəmov açıb. Qonaqlar isə çox gözlətməyib və Nikola İlyev 44-cü dəqiqədə bərabərlik qolunu vurub. Beləliklə, tərəflər meydanı bir xalla tərk ediblər.
Bu görüşdə millimizə Elnur Çodarov rəhbərlik edib. Baş məşqçi Ayxan Abbasov əsas yığma ilə DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyuna hazırlaşdığı üçün bu matçı köməkçisinə həvalə edib.
Xatırlatma: Azərbaycan U-21 ilk turda Portuqaliyaya 0:5 hesabı ilə məğlub olmuşdu. Bolqarıstan isə startda Cəbəllütariqi 3:0 hesabı ilə yenmişdi.
Azərbaycan 1 – 1 Bolqarıstan
Emin Rüstəmov 41'
Nikola İlyev 44'
Baş hakim: Florian Lata (Albaniya)
Mərdəkan stadionu
© Copyright 2025, All Rights Reserved