"Udineze" gürcü futbolçu aldı

Saba Qoqliçidze “Udineze” ilə anlaşdı.
90plus.az xəbər verir ki, Gürcüstan yığmasının mərkəz müdafiəçisi Saba Qoqliçidze futbol karyerasını İtaliyada davam etdirəcək.
21 yaşlı futbolçu “Empoli” klubundan “Udineze”yə keçib. A Seriyası təmsilçisi bu barədə rəsmi saytında açıqlama yayıb.
Gənc oyunçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb. İtaliya mətbuatının məlumatına görə, bu transfer “Udineze”yə 4 milyon avroya başa gəlib.
Xatırlatma: Qoqliçidze Gürcüstanın “Torpedo” (Kutaisi) klubunun yetirməsidir. O, 2024-cü ilin yanvarında A Seriyasına transfer olunaraq “Empoli”yə qoşulmuşdu. Saba indiyədək Gürcüstan millisinin heyətində 3 oyuna çıxıb.
© Copyright 2025, All Rights Reserved