“Udineze”nin müdafiəçisi Premyer Liqada!

Rəsmi: “Lids Yunayted” Yaka Biyolu heyətinə qatdı – 22 milyon avroluq transfer baş tutub.
90plus.az xəbər verir ki, İngiltərənin “Lids Yunayted” klubu yay transfer pəncərəsində ilk ciddi addımını atıb. Klub Sloveniya millisinin üzvü Yaka Biyolu İtaliyanın “Udineze” klubundan transfer etdiyini rəsmi olaraq açıqlayıb.
26 yaşlı mərkəz müdafiəçisinin transferinin ümumi dəyəri bonuslarla birlikdə 22 milyon avro təşkil edir.
Biyol: “Premyer Liqaya hazıram”
Transferdən sonra açıqlama verən sloven futbolçu “Lids Yunayted”in ambisiyalarına inandığını bildirib:
“Düşünürəm ki, həm klub, həm də mən Premyer Liqada oynamağa tam hazırıq. Burada olmaqdan böyük qürur duyuram.”
Yaka Biyol son iki mövsümdə “Udineze”nin əsas heyətinin aparıcı oyunçularından biri olub. İtaliya A Seriyasında sərgilədiyi oyunla diqqət çəkən müdafiəçi, həmçinin Sloveniya millisində də stabil çıxışı ilə tanınır. O, 2024/25 mövsümündə də milli komandada əsas heyət üzvü olub.
Biyol fiziki gücü, hava toplarındakı üstünlüyü və liderlik keyfiyyətləri ilə seçilir. “Lids Yunayted” rəhbərliyi onu müdafiənin mərkəzində sabitlik gətirəcək əsas fiqurlardan biri kimi görür.
Yaxın saatlarda tibbi baxışdan sonra futbolçunun komandanın təlim-məşq toplanışına qoşulacağı bildirilir.
© Copyright 2025, All Rights Reserved