UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
UEFA Avropa Liqasında 2025/26 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın baş qərargahında keçirilib.
90plus.az xəbər verir ki, Püşkün nəticəsində təkcə son 16 cütlükləri deyil, eyni zamanda dörddəbir final, yarımfinal və finala gedən mümkün yol da müəyyənləşib.
Bu mövsüm turnuvanın final qarşılaşmasına İstanbul ev sahibliyi edəcək.
Son 16 mərhələsinin ilk oyunları 12 mart, cavab görüşləri isə 19 mart tarixində keçiriləcək.
Növbəti mərhələlərin təqvimi belədir:
Dörddəbir final: 9–16 aprel
Yarımfinal: 30 aprel – 7 may
Final: 20 may
2025/26 mövsümünün son 16 mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:
"Genk" – "Frayburq"
"Bolonya" – "Roma"
"Ferentsvaroş" – "Braqa"
"Ştutqart" – "Portu"
"Panatinaikos" – "Real Betis"
"Nottingem Forest" – "Midtyulland"
"Selta Viqo" – "Lion"
"Lill" – "Aston Villa"
Püşkün nəticəsinə əsasən, dörddəbir final mərhələsində aşağıdakı mümkün qarşılaşmalar baş tuta bilər:
"Ferentsvaroş" – "Braqa" / "Panatinaikos" – "Real Betis"
"Genk" – "Frayburq" / "Selta Viqo" – "Lion"
"Ştutqart" – "Portu" / "Nottingem Forest" – "Midtyulland"
"Bolonya" – "Roma" / "Lill" – "Aston Villa"
2025/26 mövsümünün final oyunu Türkiyənin İstanbul şəhərində baş tutacaq. Həlledici qarşılaşmaya Beşiktaş Tüpraş Stadionu ev sahibliyi edəcək.
Sözügedən stadion daha əvvəl 2019-cu ildə "Liverpul" və "Çelsi" komandaları arasında keçirilən UEFA Superkubok finalına da ev sahibliyi etmişdi.
© Copyright 2026, All Rights Reserved