UEFA "Benfika"nın şikayətinə baxmadı
UEFA “Real”ın yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı “Benfika”ya qarşı oyunda baş verən epizoda görə intizam tədbiri görməyəcək.
90plus.az xəbər verir ki, Lissabon təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin pley-off qarşılaşmasında doğma meydanda İspaniya klubuna 0:1 hesabı ilə məğlub olub. Görüşün 82-ci dəqiqəsində Valverde rəqib komandanın müdafiəçisi Samuel Dala zərbə vurub. Dal baş nahiyəsini tutaraq yerə yıxılıb. Qarşılaşmanın baş hakimi Fransua Leteksye uruqlvaylı futbolçuya heç bir cəza tətbiq etməyib.
“Benfika” bu epizodla bağlı UEFA-ya müraciət edərək Valverdenin qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmalı olduğunu qeyd edib. Lakin qurum Portuqaliya klubunun şikayətini təmin etməyib. Nəticədə futbolçuya əlavə sanksiya tətbiq olunmayacaq.
© Copyright 2026, All Rights Reserved