UEFA Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu - RƏQİBLƏR
UEFA Çempionlar Liqasında son 16 mərhələsinin cavab oyunları başa çatıb və 1/4 finala yüksələn komandaların adları rəsmiləşib.
90plus.az xəbər verir ki, “Sportinq”, “Arsenal”, PSJ və “Real Madrid”dən sonra bu axşam keçirilən qarşılaşmaların nəticəsinə əsasən “Liverpul”, “Barselona”, “Bayern Münhen” və “Atletiko Madrid” də növbəti mərhələyə vəsiqə qazanıblar.
Gecənin oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Liverpul” – “Qalatasaray” 4:0
“Barselona” – “Nyukasl Yunayted” 7:2
“Bayern Münhen” – “Atalanta” 4:1
“Tottenhem” – “Atletiko Madrid” 3:2
Beləliklə, iki oyunun nəticəsinə əsasən üstün olan komandalar 1/4 finala adlarını yazdırıblar.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cütləri isə belədir:
PSJ – “Liverpul”
“Real Madrid” – “Bavariya Münhen”
“Barselona” – “Atletiko Madrid”
“Sportinq” – “Arsenal”
© Copyright 2026, All Rights Reserved