Çempionlar Liqasında yeni mövsüm sabah başlayır! CƏDVƏL

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə start verilir.
90plus.az xəbər verir ki, bu il 71-ci dəfə təşkil olunan turnirdə 1-ci təsnifat mərhələsinin oyunları 8 və 9 iyul tarixlərində keçiriləcək.
İlk mərhələdə Avropanın müxtəlif ölkələrindən olan çempionlar qitənin ən yaxşı klubları ilə mübarizə aparmaq uğrunda yarışa başlayacaqlar.
UEFA-nın rəsmi məlumatına əsasən, oyun cədvəli aşağıdakı kimidir:
"KuPS Kuopio" (Finlandiya) – "FC Milsami Orhei" (Moldova)
"FC Iberia 1999" (Gürcüstan) – "Malmö" (İsveç)
"FC Noah" (Ermənistan) – "FK Buducnost" (Karadağ)
"FC Levadia" (Estoniya) – "FC RFS" (Latviya)
"NK Olimpija" (Sloveniya) – "FC Kairat Almaty" (Qazaxıstan)
"The New Saints FC" (Uels) – "KF Shkendija" (Şimali Makedoniya)
"FC Drita" (Kosovo) – "FC Differdange 03" (Lüksemburq)
"Vikingur" (Farer adaları) – "Lincoln Red Imps FC" (Cəbəllütariq)
"KF Egnatia" (Albaniya) – "Breidablik" (İslandiya)
"Virtus AC 1964" (San Marino) – "HSK Zrinjski Mostar" (Bosniya və Herseqovina)
Turnirin bu mərhələsində qalib gələn komandalar növbəti təsnifat mərhələsinə vəsiqə qazanacaqlar. Avrokuboklarda uğur qazanmaq istəyən klublar üçün bu qarşılaşmalar həyati əhəmiyyət daşıyır.
© Copyright 2025, All Rights Reserved