UEFA-dan Almaniya klubuna cəza
UEFA Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna cəza verməyə hazırlaşır.
90plus.az xəbər verir ki, buna Çempionlar Liqasındakı “Barselona” ilə keçirilən oyunda (1:2) azarkeşlərin nümayiş etdirdiyi davranışlar səbəb olub. Stadionda baş verən qarışıqlıqlar, meydana ardıcıl şəkildə yad əşyaların atılması, pirotexniki vasitələrin yandırılması (onlardan birinin hətta “Barselona” azarkeşlərinin sektoruna atıldığı bildirilir) və tribunadakı gərginlik UEFA-nın diqqətindən yayınmayıb.
Matçın nümayəndəsi atılan əşyaların növü, sayı, hansı sektordan hansı istiqamətə göndərildiyi barədə geniş hesabat hazırlayaraq UEFA İntizam Komitəsinə təqdim edib.
Hesabata əsasən, Frankfurt klubunun avrokuboklarda ciddi sanksiyalarla qarşılaşacağı ehtimal olunur.
© Copyright 2025, All Rights Reserved