UEFA-dan İtaliyaya şok: Stadionlar yararsızdır
AVRO‑2032 üçün təqdim olunan stadionlar “tarixi keçmiş” adlandırıldı.
90plus.az xəbər verir ki, Türkiyə ilə birlikdə AVRO‑2032‑yə ev sahibliyi edəcək ölkə üçün UEFA-dan gözlənilməz qərar gəlib. Qurum İtaliyanın təqdim etdiyi bir çox stadionun müasir tələblərə cavab vermədiyini bildirib.
UEFA-nın qiymətləndirməsinə görə, “San Siro”, “Dieqo Armando Maradona”, “San Nikola”, “Artemio Franki”, “Luici Ferraris”, “Bentegodi”, “Renato Dallaʾra”, “Sant’Eliya” və “Olimpiko” stadionları “çox köhnə” və “tarixi keçmiş” statusundadır. Hazırda yalnız “Yuventus”un Allianz Stadionu standartlara uyğun hesab edilir.
İtaliyanın planı
İtaliya hökuməti və futbol federasiyası stadionların yenilənməsi üçün 2026-cı ilə qədər genişmiqyaslı plan hazırlayır. “San Siro”nun aqibəti isə hələ də sual altındadır. "Milan" və “İnter” klubları üçün yeni stadion layihələri nəzərdə tutulsa da, onların 2032-ci ilə qədər hazır olması çətin görünür.
Türkiyənin üstünlüyü
Türkiyə isə AVRO‑2032 üçün təqdim etdiyi stadionlarla UEFA tərəfindən tam təsdiq alıb. Bütün arenalar müasir tələblərə cavab verir və turnir üçün tam hazır vəziyyətdədir.
© Copyright 2026, All Rights Reserved