UEFA dini tifoya görə “Srvena Zvezda”nı cərimələdi
“Srvena Zvezda”ya İsa/Müqəddəs Simeon tifosuna görə cərimə – UEFA qərarı narazılıq yaradıb.
90plus.az xəbər verir ki, Avropa futbolunda qalmaqal yaşanır. UEFA Serbiyanın “Srvena Zvezda” klubunu azarkeşlərin hazırladığı böyük tifo səbəbilə ümumilikdə 95,500 avro məbləğində cərimələyib.
Məlumata görə, cərimənin 40,000 avroluq hissəsi xüsusi olaraq tribunada açılan və üzərində “Qoy inancımız sizi qələbəyə aparsın” yazılmış bannerə görə tətbiq olunub.
UEFA-nın rəsmi açıqlamasında bildirilib ki, bu banner “idman tədbiri üçün uyğun hesab edilməyən mesajın nümayişi” və “futbolun və UEFA-nın nüfuzuna və bütövlüyünə xələl gətirə biləcək davranış” kimi qiymətləndirilib.
Sözügedən tifo İsa Məsih və Müqəddəs Simeon təsvirləri ilə hazırlanmış böyük xoreoqrafiya olub və sosial şəbəkələrdə geniş yayılıb. Bir çox serbiyalı azarkeş bu tifonu 2026-cı ilin ən möhtəşəm tribun şoularından biri adlandırıb.
UEFA-nın cərimə qərarı isə Serbiyada ciddi narazılıqla qarşılanıb. Azarkeşlər və bəzi yerli media qurumları bu qərarın həddindən artıq sərt olduğunu və dini simvolların nümayişinə görə klubun cəzalandırılmasını düzgün hesab etmədiklərini bildirirlər.
Hadisənin yaxın günlərdə Avropa futbolunda geniş müzakirələrə səbəb olacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved